ELM | İnsan üzündəki barkod sistemi

ELM | İnsan üzündəki barkod sistemi
  19 Noyabr 2013    Oxunub:2107
Supermarketdən aldığınız məhsulların qiyməti onların üstündə yerləşən barkodların kassada oxunması ilə müəyyən edilir. Son illərdə gündəlik həyatımızı asanlaşdırmaq üçün istifadə edilən barkod sisteminin bir bənzəri də insanın üzündə mövcuddur.
Bu gunə qədər dünyaya gəlmiş və köçmüş insanların hər biri özünəməxsus bənzərsiz fərqlilikdə olan üz cizgilərinə malikdir. Ancaq üzlər nə qədər müxtəlif və çox olsa da, tanış birinin üzünü tanımaq bir neçə saniyə çəkir. Bəs bu tanıma prosesi necə baş verir?

Üzün tanınması çox mürəkkəb prosesdir. Bu tanıma prosesinin beyində necə həyata keçdiyini araşdıran elm adamları çox təəccüblü nəticələrlə qarşılaşıblar. Çünki aparılan tədqiqatlarda üzün beyin tərəfindən oxunan barkod sisteminə malik olduğu kəşf edilib. Bu sistemə əsasən:

* Əvvəlcə qaşlar, gözlər, dodaqlar kimi üfüqi xətt əmələ gətirən xüsusiyyətlər beyin tərəfindən qavranılır, sonra bu xətlər qara və ağ rənglərdə kodlanır.

* Dəri və yanaqlar parlaqlığına görə ağ, dodaqlarımız, qaşlarımız və göz çuxurlarımız qara kodlanır.

Tədqiqatı aparan Dr. Dakin: “Bu cür üfüqi məlumat xəttləri supermarket barkodlarını xatırladır”, - deyərək bu kod sisteminə diqqət çəkib.

Məlum olduğu kimi, supermarket barkodları məlumat əldə etməyin ən effektiv yoludur. Düz, təkölçülü xəttlər, saylar kimi 2 rəqəmli simvollardan daha asan tanınır. Üz tanımanın saniyələr ərzində sürətlə həyata keçirilməsi üçün barkod sistemindən istifadə edilməsi bir zərurətdir. İnsan qavrayışında baş verən bu proses olduqca əhəmiyyətli və mocuzəvi bir hadisədir.

Elm adamları üzdəki barkod sisteminin “daha yaxşı üz tanıma proqramları” hazırlamaq baxımından çox vacib olduğunu bildirirlər. Üz tanıma proqramları nə qədər təkmil olsalar da, insanların çoxluq təşkil etdiyi yerlərdə üzləri tanımaqda çətinlik çəkirlər. Ancaq üzdəki bu barkod sisteminin təqlid edilməsi polislərin hava limanında cinayətkarları müəyyən etmək üçün istifadə etdiyi CCTV kameralarının təkmilləşdirilməsinə kömək edəcək.

Barkod sistemi hərəkətli görüntünün tanınması üçün çox əlverişli modeldir. Birdən çox görüntü beynin vizual korteksində əməliyyatdan keçirildikdə müxtəlif görüntülər arasından barkodu ayırd etmək üçün asanlaşır və bunun sayəsində üzün görüntüsü beyində dəyişmir. Buna görə, nə qədər sürətlə hərəkət etsə də, üz dərhal tanınır. Üstəlik, bu tanıma prosesi əsnasında göz mükəmməl aydınlıqda görür.

Yaşadığımız kompüter əsrində məhsulların alqı-satqısını asanlaşdıran barkod sistemi elm adamlarının mühüm texnoloji icadı hesab edilir. Halbuki, bizim yeni istifadə etməyə başladığımız bu sistem üzümüzdə ilk dəfə yaradıldığımız andan etibarən mövcuddur. Şübhəsiz ki, bu barkod sistemi bədənimizin hər yerində qüsursuz yaradılış olduğunu sübut edir.

Zaur Rzayev


Teqlər:





Xəbər lenti